Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” keçirdiyi oyunda topladığı xallara əsasən qazandığı məbləği alıb. Fanat.az xəbər verir ki, 2 oyunda heç-heçə edən əyalət klubunun qazancı 243 min avro təşkil edib.
UEFA nəticələr üçün ayırdığı bu bonus məbləği AFFA tərəfindən “Qəbələ”nin hesabına köçürülüb.
Qeyd edək ki “qırmızı-qaraılar”ın qrup mərhələsində hər iki heç-heçəsi Yunanıstan PAOK-u ilə matçlara təsadüf edib – hər ikisi 0:0.
Fanat.az