UEFA “Qarabağ”la “Neftçi”yə “yaşıl işıq” yandırdı

UEFA “Qarabağ”la “Neftçi”yə “yaşıl işıq” yandırdı
Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparacaq təmsilçilərimiz – "Qarabağ” və "Neftçi” ilk oyunda meydan sahibi statusunda çıxış edəcəklər. 
 
Fanat.Az-ın məlumatına görə, UEFA adətən, eyni gündə və eyni şəhərdə çıxış edən ölkə təmsilçilərinin oyunlarının vaxtını dəyişsə də, bizimkilər üçün istisnaya razılıq verib. Beləliklə, hər iki klubumuz pley-offun ilk matçını evdə keçirəcək və rəqiblərini eyni gündə - avqustun 19-da qəbul edəcəklər. 
 
Həm "Neftçi”nin, həm də "Qarabağ”ın oyunlarının başlama saatı da məlumdur. Əvvəlcə "Qarabağ” – "Aberdin” (Şotlandiya) oyunu start götürəcək. Qarşılaşma saat 20:00-da başlayacaq. "Neftçi” – "Makkabi” (Hayfa, İsrail) oyununun start fiti isə saat 21:00-da səsləndiriləcək.
 
Mirağa
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər