UEFA-nın əmsallar cədvəli: “Sabah”ın qələbəsi Azərbaycana nə verdi? 

UEFA-nın əmsallar cədvəli: “Sabah”ın qələbəsi Azərbaycana nə verdi? 

“Sabah” tarixində ilk dəfə UEFA-nın əmsallar cədvəlində Azərbaycana fayda verib.

Fanat.Az-ın məlumatına görə, Bakı klubu bunu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviya təmsilçisi RFŞ-i səfərdə 2:0 hesabı ilə yenərək bacarıb.

“Sabah”ın avrokuboklarda debüt matçındakı qalibiyyəti sayəsində ölkə reytinqinə 0,250 əmsal əlavə olunub. Bununla ölkənin cari mövsümdəki qazancı 0,750-yə çatıb.

“Qarabağ” isə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşada yerli “Rakuv”a uduzduğu (2:3) üçün bu dəfə "daxıla qəpik ata" bilməyib.

Son 5 mövsümdəki ümumi əmsallarının sayı 15,000-a çatan Azərbaycan sıralamada 29-cu pillədə qalıb. Ölkəmiz hazırda Sloveniyanı (16,000) təqib edir.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər