UEFA Gənclər Liqası: "Sabah" "Bazel"lə bacarmadı

UEFA Gənclər Liqası: "Sabah" "Bazel"lə bacarmadı

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edən "Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün ilk matçına çıxıb.

Fanat.Az xəbər verir ki, paytaxt klubu İsveçrənin "Bazel" klubu ilə qarşılaşıb.

Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv səfərdəki ilk sınağında rəqibinə müqavimət göstərə bilməyərək böyük hesabla uduzub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü noyabrın 6-da Bakıda baş tutacaq və saat 18:00-da başlayacaq.

UEFA Gənclər Liqası II təsnifat mərhələsi, ilk oyun 23 oktyabr

"Bazel" (İsveçrə) - "Sabah" 6:0 Qollar: Akale, 6, 16. Streyt, 39, 56. Sou, 77-pen. Kuents, 90+1.  Elgün Dünyamalıyev 80-ci dəqiqədə qırmızı vərəqə (ikinci sarı) alıb. Baş hakim: Patrik Kolariç (Xorvatiya). Bazel. "St. Yakob Park".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər