UEFA "Qalatasaray"la bağlı şok qərar qəbul edib. Fanat.az xəbər verir ki, İstanbul klubunun işini intizam komissiyasına göndərib.
Buna səbəb "Qalatasaray"ın maliyyə "fair-play"ı qaydalarını pozması olub. Bu barədə UEFA-nın rəsmi açıqlamasında bildirilir: "Qalatasaray"ın 2015/16 mövsümündə maliyyə "fair-play" qaydalarını yerinə yetirməkdə uğursuz olub. "Qalatasaray" UEFA Maliyyə Fair-Play Nəzarət Komitəsinin (CFCB) intizam komissiyasına göndərilib. Fevral ayının sonunadək qərar qəbul ediləcək".
UEFA-nın bu qərarından sonra "Qalatasaray"ın avrokuboklardan kənarlaşdırılsası, transfer qadağasının qoyulması və ya cərimələnməsi gözlənilir.
Fanat.az