UEFA-dan Qəbələdəki olaylarla bağlı mühüm açıqlama

UEFA-dan Qəbələdəki olaylarla bağlı mühüm açıqlama
UEFA Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycanın "Qəbələ" və Gürcüstanın "Dinamo" (Tiflis) klubları arasında Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Qəbələdə keçirilmiş cavab görüşündəki insidentlə bağlı qərarını iyulun 23-də açıqlayacaq. Fanat.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq UEFA-dan məlumat verilib. 
Avropanın futbol qurumundan bildirilib ki, Azərbaycanın və Gürcüstanın iki klubunun Qəbələdəki qarşılaşmasında azarkeşlərə yaraşmayan hərəkətlərə yol verilməsinə (yandırılmış milli bayraq) və üzərində qadağan edilmiş şüarlar yazılmış plakatların açılmasına görə intizam araşdırması başlanılıb.
UEFA-nın cavabında o da qeyd olunub ki, Tiflisdə keçirilmiş ilk qarşılaşmadakı hadisə irqçi hərəkət kimi qiymətləndirilib, stadionun bir hissəsinin qapadılmasına və 20.000 avro cərimənin tətbiq edilməsinə qərar verilib.
Qeyd edək ki, "Qəbələ" rəhbərliyi UEFA-nın rəsmi qərarını gözləmədən Serbiyanın "Çukariçki" klubu ilə Avropa Liqasının II təsnifat mərhələsindəki cavab görüşünü Bakıda keçirməyə qərar verib. Oyun iyulun 23-də "Bakcell Arena" stadionunda baş tutacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər