UEFA Azərbaycan klubunu Çempionlar Liqasından məhrum edəcək? - Rəsmi açıqlama

UEFA Azərbaycan klubunu Çempionlar Liqasından məhrum edəcək? - Rəsmi açıqlama
UEFA ölkə çempionlarının Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum olunacağına dair iddiaları təkzib edib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumdan RİA "Novosti”yə verilən açıqlamada qeyd olunub.
"UEFA heç vaxt çempion olan komandaları təsnifat oyunları vasitəsi ilə Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum etmək barədə düşünməyib" deyə, açıqlamada bildirilir.
Qeyd edək ki, "The Times" nəşri UEFA-nın koronavirus pandemiyası ilə əlaqədar 2020/21 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərini azaltmaq və ən pis halda ləğv etmək ehtimalını nəzərdən keçirdiyini yazıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər