AVRO-2016-nın seçmə mərhələsində V turun oyunları davam edir. Fanat.az fxəbər verir ki, bu gün daha 9 qarşılaşma baş tutub.
A qrupunda İslandiya səfərdə Qazaxıstanı 3:0 hesabı ilə yenərək xal hesabını 12-yə çatdırıb. Lider Çeхiya хal itirib. Çeхlər Latviya ilə ev oyununda heç-heçəyə razılaşıb - 1:1. Qrupun digər oyununda Türkiyə Hollandiyanın qonağı olub. 2 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 1:1. Hər iki qolu "Qalatasaray"lı futbolçular vurub. 37-ci dəqiqədə Burak Yılmaz türkləri sevindirib. 90+3-cü dəqiqədə isə Uesli Sneyder bərabərlik qoluna imza atıb.
B qrupunda Uels səfərdə lider İsraili 3:0 hesabı ilə darmadağın edərək birinci pilləni ələ keçirib. Seçmə mərhələyə uğursuz başlayan Bosniya və Herseqovina səfərdə Andorra 3:0 hesabı ilə yenib. Belçika isə Cənubi Kipri darmadağın edib - 5:0.
Qeyd edək ki, H qrupunda yer alan millimiz Bakıda Malta ilə qarşılaşıb. Qrupun digər oyunlarında Xorvatiya Norveçlə, İtaliya Bolqarıstanla üz-üzə gəlib (bu barədə başqa xəbərdə).
AVRO-2016
Seçmə mərhələ
V tur, 28 mart
A qrupu
Qazaxıstan - İslandiya 0:3
Qollar: Eydur Qudyohnsen, 20. Birkir Byarnason, 32; 90+1.
Çexiya - Latviya 1:1
Qollar: Vaklav Pilar, 90 - Aleksey Vişnakovs, 30.
Hollandiya - Türkiyə 1:1
Qol: Uesli Sneyder, 90+3 - Burak Yılmaz, 37.
| № | Komanda | O | Q | H/H | M | T/F | X |
| 1 | Çexiya | 5 | 4 | 1 | 0 | 11-6 | 13 |
| 2 | İslandiya | 5 | 4 | 0 | 1 | 12-2 | 12 |
| 3 | Hollandiya | 5 | 2 | 1 | 2 | 11-6 | 7 |
| 4 | Türkiyə | 5 | 1 | 2 | 2 | 6-8 | 5 |
| 5 | Latviya | 5 | 0 | 3 | 2 | 2-11 | 3 |
| 6 | Qazaxıstan | 5 | 0 | 1 | 4 | 4-13 | 1 |
B qrupu
İsrail - Uels 0:3
Qollar: Aaron Ramsey, 45+1. Qaret Beyl, 50; 77.
Andorra - Bosniya və Herseqovina 0:3
Qollar: Eden Dzeko, 13; 49; 62.
Belçika - Cənubi Kipr 5:0
Qollar: Marouane Fellaini, 21; 66. Kristian Benteke, 35. Eden Hazard, 67. Miçi Batşuayi, 80.
| № | Komanda | O | Q | H/H | M | T/F | X |
| 1 | Uels | 5 | 3 | 2 | 0 | 7-2 | 11 |
| 2 | İsrail | 4 | 3 | 0 | 1 | 9-5 | 9 |
| 3 | Belçika | 4 | 2 | 2 | 0 | 12-1 | 8 |
| 4 | Cənubi Kipr | 5 | 2 | 0 | 3 | 9-10 | 6 |
| 5 | Bosniya və Her. | 5 | 1 | 2 | 2 | 5-6 | 5 |
| 6 | Andorra | 5 | 0 | 0 | 5 | 2-20 | 0 |
Fanat.az