Türkiyənin Super Liqa klubundan azərbaycanlı baş məşqçiyə təklif

Türkiyənin Super Liqa klubundan azərbaycanlı baş məşqçiyə təklif
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev bu yaxınlarda Türkiyədən təklif alıb.
Sportinfo.az-ın məlumatına görə, "Pro" kateqoriyalı mütəxəssisə dəvət «Antalyaspor»dan gəlib.
Super Liqada mübarizə aparan klub gənc çalışdırıcıya baş məşqçinin köməkçisi vəzifəsini təklif edib. Ötən mövsüm "Səbail"ə tarixində ilk dəfə avrokuboklar biletini qazandıran Hacıyev gözləməyi üstün tutub. O, hazırkı komandasının gələcək planları dəqiqləşmədən iş yerini tərk etməməyi qərara alıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər