Türkiyənin arzusu baş tutmadı

Türkiyənin arzusu baş tutmadı

Türkiyənin kişi voleybolçulardan ibarət yığma komandası Avropa çempionatında mübarizəni dayandırıb.

Fanat.Az xəbər verir ki, Nedim Özbəyin çalıdırdığı kollektiv Polşanın Qdansk şəhərində baş tutan 1/8 final matçında titulun hazırkı sahibi Serbiya millisi ilə bacarmayıb -  2:3 (18:25, 25:22, 25:22, 23:25, 12:15)

Beləliklə, "ay-ulduzlular" tarixdə ilk dəfə yarışın 1/4 finalına yüksəlmək şansını qaçırıb.

Qeyd edək ki, Polşa, Estoniya, Finlandiya və Çexiyanın ev sahibliyi etdiyi 32-ci qitə çempionatına sentyabrın 19-da yekun vurulacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər