İngiltərənin "Tottenhem" klubu "Beşiktaş"ın və Türkiyə millisinin üzvü Cenk Tosunu transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, baş məşqçi Maurisio Poçettinonun tələbi ilə klubun skautları artıq türk futbolçunu izləməyə başlayıb.
İddialara görə, ingilislər Cenk Tosun üçün "Beşiktaş"a 17,5 milyon funt-sterlinq (20 milyon avro) təklif etmək niyyətindədi. Bu keçid baş tutsa, Türkiyədə transfer rekordu qırılacaq.
Qeyd edək ki, hazırda transfer rekordu Arda Turana məxsusdu. O, 2011-ci ildə "Qalatasaray"dan "Atletiko"ya 11 milyon avroya transfer olunmuşdu.
Onu da qeyd edək ki, bu mövsüm 6 rəsmi oyuna çıxan Cenk Tosun 4 qol vurub.
Fanat.Az