Türkiyə Super Liqasında 3-cü turun oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün daha 3 matç baş tutub.
“Kasımpaşa” – “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib. “Antalyaspor” evdə “Hatayspor” üzərində əzmkar qələbəyə sevinib. “Rizəspor”un qonağı olan “Fənərbağça” da darmadağına sevinib.
Qeyd edək ki, bu turun “Qalatasaray” – “Qaziantep”, “Samsunspor” – “Başakşəhər” və “Trabzonspor” – “Kayserispor” oyunları təxirə salınıb.
Türkiyə Super Liqası 3-cü tur 23 avqust
Alanyaspor – Göztəpə 1:1 Qollar: Özdemir, 48 – Heliton, 45.
24 avqust
Sivasspor – Eyüpspor 0:1 Qol: Kutucu, 8.
Bodrumspor – Konyaspor 3:1 Qollar: A.Demirbağ, 28-öz qapısına. Puşkaş, 40. Özer, 88-pen – Pedrinyo, 45+4.
25 avqust
Kasımpaşa – Adana Dəmirspor 2:2 Qollar: Hayradinoviç, 30. Da Kosta, 59 – Y.Barasi, 65. Manev, 90+3.
Antalyaspor – Hatayspor 3:2 Qollar: Kelven, 60. Djenepo, 66. Samudio, 90+4-pen – Strandberq, 26-pen; 32.
Rizəspor – Fənərbağça 0:5 Qollar: Fred, 15; 60; 64. Dzeko, 53. Alikulov, 66-öz qapısına.