Türkiyə Super Liqası: "Fənərbağça"dan çətin qələbə

Türkiyə Super Liqası: "Fənərbağça"dan çətin qələbə

Bu gün Türkiyə Superliqasında 18-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son günündə 3 oyun baş tutub.

“Kasımpaşa” – “Qaziantep” və “Bodrumspor” – “Kayserispor” matçlarında qalib müəyyənləşməyib. “Fənərbağça” isə evdə “Hatayspor”a çətinliklə qalib gəlib.

Hazırda 47 xal toplamış “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 39 xalla ikinci, “Samsunspor” 33 xalla üçüncüdür. “Eyüpspor” 30, “Göztəpə” 28, “Beşiktaş” 27, “Başakşəhər” 26, “Qaziantep” 22, “Kasımpaşa”, “Alanyaspor”, “Rizəspor” və “Antalyaspor” 21, “Konyaspor” 20, “Trabzonspor” və “Sivasspor” isə 19 xal toplayıblar.

Türkiyə Super Liqası 18-ci tur 3 yanvar

Rizəspor – Beşiktaş 1:1 Qollar: Fernandeş, 38-öz qapısına - Muçi, 45+3.

Alanyaspor – Konyaspor 2:1 Qollar: Makuta, 9. Kordova, 54 - Kramer, 90+7.

4 yanvar

Adana Dəmirspor – Başakşəhər 0:1 Qol: Davidson, 32.

Antalyaspor – Eyüpspor 1:4 Qollar: Safuri, 48 – Tiam, 32; 35. A.Kutucu, 41. Ampem, 62.

Qalatasaray – Göztəpə 2:1 Qollar: Osimhen, 10-pen. Y.Akgün, 61 – Romulo, 27.

Samsunspor – Trabzonspor 2:1 Qollar: Holse, 30; 75 – Banza, 49.

5 yanvar

Kasımpaşa – Qaziantep 2:2 Qollar: Da Kosta, 7; 41 – Okereke, 9. H.Dərvişoğlu, 83.

Bodrumspor – Kayserispor 1:1 Qollar: C.Şen, 76 – Bahoken, 48.

Fənərbağça – Hatayspor 2:1 Qollar: En Nesiri, 16; 45+5 – Butobba, 33.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər