Türkiyə son Avropa çempionuna rəqib oldu

Türkiyə son Avropa çempionuna rəqib oldu

Kişi voleybolçulardan ibarət Türkiyə yığması Avropa çempionatının qrup mərhələsində son oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Nedim Özbeyin çalışdırdığı kollektiv C qrupunun beşinci turunda Finlandiya seçməsi ilə üz-üzə gəlib. Tamperedə keçirilən matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Məğlubiyyətə baxmayaraq, "ay-ulduzlular"ın mövqeyi dəyişməyib. Türkiyə millisi 10 xalla qrup üçüncüsü kimi 1/8 finala adlayıb. Burada onlar A qrupunda ikinci yeri tutan son Avropa çempionu Serbiya ilə münasibətləri aydınlaşdıracaq. Görüş sentyabrın 12-də baş tutacaq.

Xatırladaq ki, qrup mərhələsində Rusiya və İspaniyanı 3:1, Şimali Makedoniyanı isə 3:0 hesabı ilə üstələyən "ay-ulduzlular" dördüncü turda Niderlanda 1:3 uduzmuşdu

Qeyd edək ki, Polşa, Çexiya, Estoniya və Finlandiyanın ev sahibliyi etdiyi Avropa çempionatına sentyabrın 19-da yekun vurulacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər