Türkiyə klubu “Sabah”ın maraqlandığı hücumçu ilə vidalaşdı

Türkiyə klubu “Sabah”ın maraqlandığı hücumçu ilə vidalaşdı

"Sabah"ın maraq dairəsində olan Xese Rodriges Türkiyənin "Ankaragücü" komandasından ayrılıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı ispaniyalı hücumçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

“Real”ın yetirməsi olan Xese Rodriges ölkəsində “Las Palmas” və “Betis”, İngiltərədə “Stok Siti” və Portuqaliyada “Sportinq” kimi komandaların formasını geyinib. O, 2022-ci ildən oynadığı “Ankaragücü”ndə bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qol vurub.

“Ankaragücü” digər oyunçularından Şahverdi Çətin, Nurullah Aslan, Alperen Babacan, Abdullah Durak, Oğuz Ceylan, Sinan Osmanoğlu ilə də yollarını ayırıb. Onlarla da müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər