Türkiyə klubu Ginnesin Rekordlar Kitabına düşdü

Türkiyə klubu Ginnesin Rekordlar Kitabına düşdü
Türkiyənin qadınlardan ibarət "Vakıfbank" voleybol komandası növbəti dəfə Ginnesin Rekordlar Kitabına düşüb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi klublararası dünya çempionatında 2013, 2017 və 2018-ci illərdə yenilmədən qızıl medal qazanıb. Bundan başqa, komanda bir dəfə 2-ci, iki dəfə isə 3-cü yeri tutub.
Türkiyə klubu 13 dəfə təşkil edilən dünya çempionatında ən çox medal əldə edən komanda olub.
Qeyd edək ki, "Vakıfbank" 2014-cü ildə ardıcıl 74 oyunda qələbə qazanaraq Ginnesin Rekordlar Kitabına düşmüşdü.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər