Ture "Sumqayıt"da - RƏSMİ

Ture "Sumqayıt"da - RƏSMİ

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə qatıb.

Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi Türkiyə Super Liqasında çıxış edən "Başakşehir"in qvineyalı hücumameylli yarımmüdafiəçisi Alya Tureni 1 illik icarəyə götürüb.

20 yaşlı vinger "Sumqayıt"ın heyətində 37 nömrəli formanı geyinəcək. Qeyd edək ki, Alya Ture karyerası boyunca Qvineyanın "Sekvens", Türkiyənin "İstanbul Başakşehir", "Akhisarspor" və Danimarkanın "Yammerbuxt" klublarında çıxış edib. Ture həmçinin Qvineyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına da dəvət alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər