“Turan Tovuz”la “Neftçi”nin əvəzediciləri evdə uduzdular

“Turan Tovuz”la “Neftçi”nin əvəzediciləri evdə uduzdular

Əvəzedicilər Liqasında 13-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə daha 2 görüş baş tutub.

“Turan Tovuz-2” evdə “Sabah-2” ilə, “Neftçi-2” də “Sumqayıt-2” ilə qarşılaşıb. Hər iki oyunda qonaqlar qələbə qazanıblar.

Əvəzedicilər Liqası 13-cü tur 12 noyabr

“Turan Tovuz-2” – “Sabah-2” 3:4 Qollar: Xəyal Əliyev, 30-öz qapısına. Səbayıl Bağırov, 88; 90+4 - Ruhid Mustafayev, 18. Ceyhun Nuriyev, 77. Mixail Beştoyev, 86. Yaqub Yusubov, 90+5. Tovuz şəhər stadionu, 14:00.

“Neftçi-2” – “Sumqayıt-2” 2:3 Qollar: Fərid Yusifli, 14. İsmayıl Zülfüqarlı, 45+4 - Uğur Cahangirov, 33-pen; 82. Əjdər Hacılı, 35. Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Turun digər oyunları:

“Araz Naxçıvan-2” – “Kəpəz-2” 3:0 “Qarabağ-2” – “Səbail-2” 2:1 “Zirə-2” – “Qəbələ-2” 1:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər