"Turan Tovuz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

"Turan Tovuz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində sabah "Sumqayıt"ı qəbul edəcək "Turan Tovuz" "kimyaçılar"la matça tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "boz qurdlar"ın sözçüsü Süleyman Tağıyev deyib:

"Cəzalı futbolçumuz yoxdur. Gürcü legioner Piruzi Marakvelidzenin oynamaycağı isə dəqiqdir. Piruzi üçün il artıq başa çatıb. Müdafiəçi Şəhriyar Əlyevə gəlincə, onun "Sumqayıt"a qarşı meydana çıxıb-çıxmayacağı bu gün axşam məşqində bəlli olacaq".

Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" matçı 18:30-da keçiriləcək.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər