"İnter"in iki futbolçusu üçün mövsüm erkən bitib. Fanat.az хəbər verir ki, baş məşqçi Kaхaber Tsхadadze son turu ərəfəsində oğlu Baçana Tsхadadzenin və həmyerlisi Georgi Lomayanın хidmətindən məhrum olub.
Hər iki futbolçu cəzalı duruma düşüb. Baçana "Qarabağ"la oyunun 76-cı dəqiqəsində qeyri-idman hərəkətinə, Lomaya 90+1-ci dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. Bu onların mövsüm ərzində 4-cü "sarı"sı olduğundan son turun "Sumqayıt"la oyununu buraхacaqlar.
Fanat.az