Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Daily mail" nəşri: "Barselona" Adnan Yanuzayı komandaya dəvət etməkdə maraqlıdır. 26 yaşlı futbolçunun "Real Sosyedad"la müqaviləsinin müddəti 2022-ci ilin iyununda başa çatır deyə yanvar "transfer pəncərəsi" zamanı ucuz qiymətə imzalana bilər.
32 yaşlı polşalı futbolçu Rıbus: "Polşa millisində Çerçesov haqda eşitməmişəm. Özümüzün yaxşı məşqçimiz var".
"Futbol Insider" saytı: Uqo Lyoris "Tottenhem"lə sözləçməni uzatmaq üçün danışıqlar aparır. Onun hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.
"Globo Esporte" nəşri: "Korintians" "Mançester Yunayted"in hücumçusu Edinson Kavani ilə maraqlanır. Klubun nümayəndələri onun meneceri olan qardaşı ilə əlaqə saxlayıblar.
"La Gazzetta dello Sport" nəşri: Joze Mourinyu "Norviç"dən Maks Aarons, "Bayern Münhen"dən Korentin Tolisso və "Hoffenhaym"dan Florian Qriliçi transfer etməyə ümid edir. "Roma" Aaronsun transfer məbləğini dərhal ödəməli olacaq, Tolisso və Qriliç ilə isə gələn mövsüm müqavilə imzalana bilər.
"Le10Sport" nəşri: "Vest Hem" yanvarda "Klermon"un hücumçusu Mohamed Bayonu transfer etmək istəyir. Fransa klubu 20 milyon avro tələb edəcək, London təmsilçisi isə bu məbləği ödəməyə hazırdır. Bayon bu mövsüm 16 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə verib.
"Goal" saytı: "Benfika"nın qapıçısı Mile Svilar yanvarda klubu tərk etmək qərarına gəlib. 22 yaşlı qolkiperin müqaviləsinin müddəti mövsümün sonunda başa çatır və Portuqaliya klubu onu yeni sözləşməyə razı salmağa çalışır. Lakin Svilar karyerasında növbəti addımı atmağa üstünlük verir.
"Goal" saytı: Xesus Korona "Sevilya"ya keçmək üçün yanvarda "Portu"dan ayrılmağı planlaşdırır. Meksikalı oyunçunun müqaviləsinin müddəti mövsümün sonunda başa çatır.
"ESPN Sport" nəşri: "Barselona" Ferran Torresi transfer etməsə, alternativ olaraq Antoni Marsiala dəvət göndərəcək. Bu yaxınlarda məlum olub ki, Maraial yanvarda “Mançester Yunayted”dən ayrılmaq istəyir. Hazırda Marsial uğrunda PSJ mübarizə aparır. Yayda klubu tərk edəcək Kilian Mbappenin yerinə Marsial namizəddir.
"Footmercato" nəşri: PSJ-nin hücumçusu Mauro İkardinin həyat yoldaşı və agenti Vanda Nara bu həftə "Yuventus"un prezidenti Andrea Anelli ilə görüşüb. Onlar qış "transfer pəncərəsi" dövründə İkardinin icarəyə götürülməsi imkanlarını müzakirə ediblər. Argentinalı hücumçu oyun praktikasının olmamasından narazıdır. Neymar zədəli olsa da, PSJ-nin İkardinin ayrılmasına icazə verəcəyi gözlənilir.
"Footmercato" nəşri: Frankfurt "Ayntraxt"ı "Zalsburq"un müdafiəçisi Jerom Onquenə müqavilə təklif edib. 23 yaşlı mərkəz müdafiəçisi mövsümün sonunda Avstriya klubunu azad agent olaraq tərk edə bilər.
L'ÉQUIPE" nəşri: "Lion" Serdar Azmun ilə 4,5 illik müqavilə imzalayıb.
Emin Şəmsiyev