Transfer şayiələri: "İnter"i "Barselona"nın aqibəti gözləyir?

Transfer şayiələri: "İnter"i "Barselona"nın aqibəti gözləyir?

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır. 

"Todomercadoweb" saytı: İvan Perişiç klubu ilə müqaviləsi müddətini uzatmaq istəməsinə baxmayaraq, yaxın gələcəkdə "İnter"dən ayrılacaq. Müqavilə müddətinin uzadılmasının mümkünsüzlüyü isə "İnter"in yeni maliyyə siyasəti ilə əlaqəlidir. Hazırda komanda maaş büdcəsini əhəmiyyətli dərəcədə azaltmağa çalışır.

"Gazzetta dello Sport" nəşri: Əmək haqqı yükünü azaltmaq üçün "İnter" qış "transfer pəncərəsi"ndə Aleksis Sançezi (Alexis Sanchez) satmağa çalışacaq. 

"Sport Bild" nəşri: "Borussia Dortmund" Erlinq Holandı (Erling Haaland) 2023-cü ilə qədər klubda saxlamağa çalışır. 

"90 min" saytı: "Mançester Yunayted" qış "transfer pəncərəsi"ndə sağ cinah müdafiəçisi axtaracaq. Van Bissaka  (Aaron Wan-Bissaka) ilə rəqabət aparacaq futbolçuya ehtiyac duyulur. Hələlik siyahıya "Qlazqo Rencers"dən  Neytan Paterson (Nathan Patterson) və "Norviç"dən Maks Eyrons (Max Aarons) daxildir. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər