Transfer şayiələri: "İnter" Lyakazettə elçi düşüb

Transfer şayiələri: "İnter" Lyakazettə elçi düşüb

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır. 

"Tuttosport" nəşri: "İnter" "Torino"nun müdafiəçisi Armando İzzo ilə maraqlanır.

"Mundo Deportivo" nəşri: "Barselona" Denis Zakariyanı Pol Poqba və Frank Kessienin əvəzinə alternativ olaraq görür.

"Sport ES" nəşri: "Barselona" yanvar transfer pəncərəsi üçün Rahim Sterlinqlə (Raheem Sterling) maraqlanır.

"The Sun" nəşri: "Tottenhem" "Metz"in yarımmüdafiəçisi Bubakar Traorenin (Boubakar Traore) xidmətində maraqlıdır.

"Brayton" Fransanın "Klermon"un futbolçusu Məhəmməd Bayoya (Mohamed Bayo) 10 milyon funt sterlinq təklif edir.

"Todofichajes" nəşri: "Real Betis" Nabil Fekirlə yolları ayıracaq.

"Firenze Viola" xəbər agentliyi: "Fiorentina" Moskvanın "Spartak" klubunun hücumçusu Cordan Larssonu (Jordan Larsson) öz heyətinə qatmağı planlaşdırır.

"La Gazzetta dello Sport" nəşri: "İnter" Aleksis Sançesdən (Alexis Sanchez) yaxa qurtarmaq və komandaya Aleksandr Lyakazetti (Alexander Lacasette) dəvət etmək istəyir.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər