Kilian Mbappenin oynayacağı klub müəyyənləşmək üzrədi. Fanat.Az xəbər verir ki, "Monako"nun 18 yaşlı ulduzu "Real"a keçəcək.
"Kral Klubu" bu transferdə israr edir. Zinəddin Zidan və Kriştiano Ronaldo fanatı olan Mbappe özü də "Real"da oynamaq istəyir.
"Monako" gənc ulduzunu ən azı bir il klubda saxlamaq istəsə də, "Real"ın israrı və futbolçunun getməka istəməsi onların fikir dəyişdirməsinə səbəb olub. Knayazlıq klubu bu futbolçu üçün ən azı 120 milyon avro istəyir.
Hazırda dünyanın ən bahalı transferi Paul Poqbadı. "Mançester Yunayted" onun transferinə 110 milyon avro xərcləyib. Mbappenin keçidi baş tutsa, transfer rekordu qırılacaq.
Fanat.Az