"Çelsi" bir müddəti heyətinə qatmağa çalışdığı Aleks Sandronun transferini bitirmək üzrədi. Fanat.Az xəbər verir ki, London klubu bu transferə görə "Yuventus"a 68 milyon avro ödəyəcək.
Sandronun "Yuventus"la 2022-ci ilədək müqaviləsi var və ildə 4,5 milyon avro qazanır. Turin klubu ona daha yaxşı şərtlərlə yeni anlaşma təklif edib. Futbolçu bunu qəbul etməsə, klub rəhbərliyi "Çelsi"nin təklifini qəbul edəcək.
"Goal"ın məlumatına görə, Sandro "Yuventus"da qalmaq istəmir. O, artıq "Çelsi" ilə razılığa gəlib və Turin klubunun rəhbərliyinə də getmək istədiyini bildirəcək.
Bu transfer baş tutsa, Sandro "Çelsi" tarixinin ən bahalı transferi olacaq. İndiyədək rekord 60 milyona alınan Fernando Torresə məxsus idi.
Qeyd edək ki, "Yuventus" 26 yaşlı sol cinah müdafiəçisini 2015-ci ildə "Portu"dan 26 milyon avroya alıb.
Fanat.Az