Transfer bombasını "Arsenal" partladır

Transfer bombasını "Arsenal" partladır

"Arsenal"ın istədiyi ulduzun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, London klubu Qonzalo Hiquaynı transfer istəyir.

Arsen Vengerin israrla komandasına gətirməyə çalışdığı argentinalı ulduz üçün "Arsenal"ın "Napoli"yə 50 milyon avro və üstəlik Olivier Qirudu təklif edir.

İddiaya görə, transferlə birbaşa Arsen Venger özü məşğul olur. Hətta onun Londonda "Napoli" rəsmisi Kristiano Quntoli ilə görüşərək təkliflərini qarşı tərəf təqdim etdiyi deyilir.

Qeyd edək ki, "Napoli" Hiquaynı 2013-cü ildə "Real"dan 38 milyon avroya transfer etmişdi. "Transfermarkt"ın 60 milyon avro qiymət qoyduğu argentinalı ulduz ötən mövsüm 42 rəsmi oyuna çıxaraq 38 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər