Transfer bombası "Qalatasaray"dan: Mario Balotelli...

Transfer bombası "Qalatasaray"dan: Mario Balotelli...
"Qalatasaray" transfer bombasını partlatmağa hazırlaşır. Fanat.az xəbər verir ki, İstanbul klubu "Milan"ın ulduzu Mario Balotellini heyətinə qatmaq istəyir.
Türkiyə mətbuatının məlumatına görə, Roberto Mançininin "ulduz transferi şərt deyil" deməsinə rəğmən idman direktoru Bülent Tulun prezident Ünal Aysalın istəyi ilə İtaliyaya yollanıb. "Qalatasaray" rəsmisi "Milan"da Balotellinin meneceri Mino Raiola ilə görüşərək transfer danışıqları aparıb. 
Mino Raiola dünən Dubayda nəşr olunan "The Nation" qəzetinə açıqlamasında futbolçunun bu ay "Milan"dan ayrılacağını təsdiqləyib: "Balotelli yanvarda "Milan"Dan ayrılacaq. Bir çox komanda ilə danışıqlar aparırıq. Onun "pis uşaq" olduğunu deyənlər var. Amma Balotellinin çıxış etdiyi komandalara rəhbərlik etmiş mütəxəssislər onu yeni komandalarında görmək istəyirlər. Demək ki, Mario mətbuatın dediyi qədər "pis uşaq" deyil. Hələlik hansı klublardan təklif almağımızla bağlı danışmaq istəmirəm".
Qeyd edək ki, Balotelli 2010-2013-cü illərdə Roberto Mançininin rəhbərliyi altında "Mançester Siti"də çıxış edib (80 oyun, 30 qol). O, məşqlərin birində baş məşqçi ilə dava etsə də, komandada saxlanılmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər