"Trabzonspor" - "Fənərbağça" matçındakı iğtişaşla bağlı 12 nəfər saxlanıldı - VİDEO

"Trabzonspor" - "Fənərbağça" matçındakı iğtişaşla bağlı 12 nəfər saxlanıldı - VİDEO

Türkiyə Super Liqası çərçivəsində ötən axşam keçirilən “Trabzonspor” – “Fənərbağça” (2:3) matçı başa çatdıqdan sonra baş verən kütləvi iğtişaşla bağlı 12 nəfər saxlanılıb.

Fanat.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.

Nazir bildirib ki, hüquq-mühafizə orqanları davada iştirak edən həmin şəxslər barəsində məhkəmə və inzibati işlər başlanıb. İstintaq davam edir. 

Qeyd edək ki, matçın final fitindən sonra qonaq futbolçular meydanın mərkəzində qələbəni bayram edərkən onların davranışını bəyənməyən yerli azarkeşlər meydana axışıblar. Nəticədə əsl xaos başlayıb və bu zaman "Fənərbağça"lı futbolçularla azarkeşlər arasında dava yaşanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər