"Xəzər Lənkəran"ın heyətində növbəti oyun Sadio Tounkara üçün yubiley 100-cü matçı olacaq. Fanat.az xəbər verir ki, malili yarımmüdafiəçi karyerasında 100-cü dəfə “ağ-yaşıllar”ın heyətində rəsmi matça çıxacaq.
2012-ci ilin əvvəlində transfer olunan afrikalı 2011/12 mövsümündün AZAL-la görüşündə ilk dəfə komandanın formasını geyib. 2012-ci il fevralın 16-dakı qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olan afrikalı 3 ilə yaxın müddətdə 81 çempionat, 10 kubok, 7 Avroliqa, 1 Superkubok görüşünün iştirakçısı olub.
Çempionatda çıxışını dayandıran “Araz-Naxçıvan”la oyunun nəticəsi ləğv olunduğundan Sadionun yubileyi “Neftçi” ilə “Böyük oyun”a təsadüf edəcək. Əgər Naxçıvan təmsilçisi mübarizəni davam etdirmiş olsaydı, afrikalı artıq “İnter”lə XII turun matçında 100-ə çatacaqdı.
| Mövsüm | Turnir | Oyun | Dəqiqə | Qol | Sarı | Qırmızı |
| 2011/12 | çempionat | 11 | 629 | 1 | 0 | 0 |
| 2011/12 | Kubok | 1 | 27 | 0 | 0 | 0 |
| 2012/13 | Avropa Liqası | 4 | 309 | 0 | 2 | 0 |
| 2012/13 | çempionat | 28 | 2006 | 5 | 5 | 0 |
| 2012/13 | Kubok | 4 | 304 | 0 | 1 | 0 |
| 2013/14 | Avropa Liqası | 3 | 270 | 0 | 0 | 0 |
| 2013/14 | çempionat | 35 | 2253 | 5 | 3 | 0 |
| 2013/14 | Superkubok | 1 | 64 | 0 | 0 | 1 |
| 2013/14 | Kubok | 5 | 378 | 2 | 0 | 0 |
| 2014/15 | çempionat | 7 | 516 | 1 | 1 | 0 |
|
| Cəmi | 99 | 6756 | 14 | 12 | 1 |
Sadio “Xəzər Lənkəran”ın tarixində 100 oyun səddinə çatan 9-cu futbolçu olacaq. Onadək bunu 8 oyunçumuz bacarıb. Radomir Todorov və Manuel Skarlatakedən sonra 100-ü fəth edən 3-cü legioner kimi tarixə düşəcək Tounkara klubda bunu bacaran ilk afrikalı olacaq.
| Yer | Futbolçu | Oyun |
| 1 | Rahid Əmirquliyev | 280 |
| 2 | Radomir Todorov | 183 |
| 3 | Alim Qurbanov | 177 |
| 4 | Kamran Ağayev | 161 |
| 5 | Rəşad Abdullayev | 155 |
| 6 | Elnur Abdullayev | 126 |
| 7 | Adrian Skarlatake | 101 |
| 8 | Elnur Allahverdiyev | 100 |
"Xəzər Lənkəran" TV-nin Sadio Tounkaranın 100 oyunu barədə hazırladığı süjeti təqdim edirik:
lankaranfc.com