Toqo millisinin üzvü Azərbaycan klubunda?

Toqo millisinin üzvü Azərbaycan klubunda?
Toqo millisinin yarımmüdafiəçisi Dav Vome futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, CAR-ın "SuperSport Yunayted" klubundan ayrılan 27 yaşlı oyunçunun meneceri Mişel Nqobeni ona Azərbaycanda klub axtarmağa başlayıb. Menecerin bu məqsədlə Bakıya gəldiyi və bəzi danışıqlar apardığı iddia edilib.
Qeyd edək ki, Dav Vome karyerası ərzində Toqonun"Maranata", Qananın "Liberti", CAR-ın "Free State Stars", "Mamelodi Sundovns" və "Orlando Pirates” klublarında çıxış edib, Toqo millisində 35 oyun keçirərək 6 qol vurub.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər