Topaz Premyer Liqasında mövsümün rekordu

Topaz Premyer Liqasında mövsümün rekordu
Topaz Premyer Liqasında mövsümün rekordu qeydə alınıb. Fanat.az xəbər verir ki, "İnter" "Bakı"nı 7:0 hesabı ilə yenərək mövsümün ən böyük hesablı qələbəsini qazanıb. 
2014/15 mövsümünün bundan əvvəlki böyük hesablı qələbələrini də "İnter" qazanmışdı. Belə ki, "bankirlər" I turda "Qəbələ"ni 4:0, III turda "Sumqayıt"ı 5:1 hesabı ilə yenmişdi.
Qeyd edək ki, "İnter" sonuncu dəfə 7:0 hesablı qələbəsini ötən mövsüm kubokda qazanmışdı. "Bankirlər" kubokun 1/8 final mərhələsi çərçivəsində "Şuşa" ilə 2013-cü ilin 4 dekabrında baş tutan oyunda rəqibini 7 qolla məyus etmişdi. "İnter" 2006/07 mövsümündə Premyer Liqada "Turan"ı 7:1 hesabı ilə yenmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər