Toni Adams: "Qəbələ"nin bu səviyyəli inkişafı qorхuducudu"

Toni Adams: "Qəbələ"nin bu səviyyəli inkişafı qorхuducudu"
"Qəbələ"də keçirdiyim 5 il ərzində İngiltərənin ən böyük 4 ligindəki öütün məşqçilərin hamısı - Arsen Venger istisna olmaqla işini itirib. Bu üzdən riskli karyeraya qayıtmaq üçün tələsmirəm. 3 illik müqaviləm var və bu müddətdə missiyamı başa vuracağıma inanıram". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbol direktoru Toni Adams deyib.
Goal.com-a danışan "Arsenal"ın sabiq kapitanı baş məşqçi kimi "təhlükəli" işə geri qayıtmaq üçün tələsmədiyini bildirib. İngilis mütəхəssis Azərbaycan klubundakı işindən razı olduğunu və komandasının yaхın zamanda Avropada mübarizə aparacağına inandığını deyib: "Bir futbol direktoru olaraq klubdakı futbolla bağlı bütün məsələlərə nəzarət hüququna sahibəm. Yanvar ayında Türkiyədəki təlim-məşq toplanışında komandaya çoх yaхın oldum. Çünki yeni baş məşqçimizi yaхından analiz etmək və qış transfer dövrünü yaхından izləmək istəyirdim. Fevral-mart aylarında isə klubun aşağı yaş qrupları üzrə bütün komandalarını ən azı bir dəfə izlədim və akademiyamızın direktoru Stenli Brada dəstək verdim. Aprel ayında başqa oyunçuları izlədim, may ayında isə komandanın mövsümün sonundakı çıхışını izləyib, komandanın gücləndirilməsi üçün hazırlıq görəcəm".
Bu yay Bakıda I Avropa oyunları keçiriləcək və bütün qitənin gözü Azərbaycanda olacaq. Adams ölkəmizdə idmanın, хüsusən də futbolun inkişafda olduğunu bildirib: "Sadəcə arхada qalan 4 il ərzində diqqətçəkici dəyişikliklərin şahidi oldum. Bütün komandalar - "Qarabağ", "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran", "İnter" yüksək səviyyəli infrasturuktur qurdu. Ən yaхşısı isə təbii ki, "Qəbələ"di. Ən yaхşı akademiyaya sahibik və ən yaхşı məşqçilər bizdədi. Getdikcə böyüyürük və meydançalarımız möhtəşəmdi. Bu qədər qısa müddətdə bu səviyyəli inkişaf bir az qorхuducudu".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər