Timur oynadı, "Altınordu" qazandı

Timur oynadı, "Altınordu" qazandı
21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Timur Temeltaş Türkiyədə növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, onun çıxış etdiyi "Altınordu" Super Toto  2-ci liqada "İskenderun Demir Çelikspor"un qonağı olub.
Oyun "Altınordu"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxan Timur matçı əvəzedilmədən keçirib.
Qeyd edək ki, 2-ci liqanın "qırmızı" qrupunda çıxış edən "Altınordu" 5 turdan sonra 10 xalla ikinci pillədə qərarlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər