Timur oynadı, "Altınordu" 3 qol vurdu

Timur oynadı, "Altınordu" 3 qol vurdu

Türkiyənin Spor Toto 2-ci liqasında XXVIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvü Timur Telemtaşın çıxış etdiyi "Altınordu" "Körfəz Futbol Klubu"nu qəbul edib.

Oyun "Altınordu"nun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Timur 72 dəqiqə oynayıb və Doğan Karakuş tərəfindən əvəzlənib.

Qeyd edək ki, Supor Toto 2-ci liqanın "Qırmızı" qrupunda çıxış edən "Altınordu" 28 turdan sonra 63 xalla turnir cədvəlinə başçılıq edir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər