Türkiyə Futbol Federasiyası (TFF) "Beşiktaş" - "Qalatasaray" matçındakı olaylara hüquqi qiymət verib. Fanat.az xəbər verir ki, gözlənildiyi kimi "Beşiktaş" böyük məbləğdə cərimə olunub.
"Qara Qartallar"ın azarkeşləri təhqiramiz şüarlar səsləndirdiyinə görə klub 40, stadionda yetərinxə mühafizəçi olmadığına görə 10, tribunalara stadionun tutumundan çox azarkeş buraxılmasına və pilləkənlərdə insanların oturmasına görə 20, baş məşqçi Slaven Biliç matçın hakimini təhqir etdiyinə görə 13 min lirə cərimə olunub. Ümumilikdə 83 min lirə (təxminən 41500 manat) cərimə edilən "Beşiktaş"ın baş məşqçisi 3 oyunluq cəzalandırılıb, klub 4 ev oyununda azarkeş dəstəyindən məhrum edilib.
TFF "Qalatasaray"ı da cəzasız qoymayıb. "Cim-Bom"un futbolçusu Felipe Melo 2 oyunluq cəzalandırılıb, klub 13 min lirə (təxminən 6500 manat) cərimələnib.
Qeyd edək ki, oyun 90+3-cü dəqiqədə dayandırılıb. TFF-in qərarında "Beşiktaş"a texniki məğlubiyyət verilib-verilmədiyi barədə məlumat yoxdu. Görünür federasiya "Qalatasaray"ın 2:1 hesablı qələbəsini tanıyıb.