TFF "Qalatasaray"a qələbə verdi

TFF "Qalatasaray"a qələbə verdi
Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin iclası keçirilib. Fanat.az xəbər verir ki, heyət üzvləri qalmaqallı "Beşiktaş" - "Qalatasaray" matçı ilə bağlı qərar verib.
Ötən ayın 22-də Atatürk Olimpiya stadionunda baş tutan qarşılaşma "Qalatasaray"ın 2:1 hesablı üstünlüyü olduğu vaxt - 90+3-cü dəqiqədə "Beşiktaş" azarkeşləri meydana çıxdığı üçün hakim tərəfindən dayandırılmışdı. TFF bu gün "Cim-Bom"a 3:0 hesablı texniki qələbə verilib.
Qeyd edək ki, bu nəticədən sonra xal hesabını 13-ə yüksəldən "Qalatasaray" turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər