Təxirə salınmış oyunların yeri və vaxtı açıqlandı

Təxirə salınmış oyunların yeri və vaxtı açıqlandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I və IV turdan təxirə salınmış oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib.

Fanat.Az xəbər verir ki, qarşılaşmalar fevralın 14-də “Murov” voleybol klubunun idman zalında baş tutacaq.

Günə saat 15:00–da IV turun "Sərhədçi” - MOİK qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da isə l turun "Murov” – “Ekspress” matçı başlayacaq.

Bu görüşlərdən sonra kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının I dövrə oyunları yekunlaşacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər