Tərlan Əhmədov: “Qəbələ” daha çox qol vura bilərdi"

Tərlan Əhmədov: “Qəbələ” daha çox qol vura bilərdi"

Tərlan Əhmədov "Qəbələ" ilə oyunla (0:4) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi yetirmələrinin istənilən səviyyədə oynamadığını deyib: 

"Düşünürdüm ki, "Simurq"a məğlubiyyətdən sonra evdə "Qəbələ"ni məğlub edəcəyik. Amma oyunun ilk dəqiqələrindən hiss etdim ki, futbolçular mənim istədiyim kimi oynaya bilmir. Rəqib isə yüksək səviyyədə çıxış etdi. Mən rəqibi layiqli qələbə münasibəti ilə təbrik edirəm. “Qəbələ” daha çox qol vura bilərdi. Futbolda qələbə də var, məğlubiyyət də var. Mən futbolçuları günahkar hesab etmirəm. Sadəcə, oyunumuz alınmadı. Bunu analiz edib, nəticə çıxarmalıyıq".

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər