Terim "Qalatasaray" rəhbərliyini hədələdi

Terim "Qalatasaray" rəhbərliyini hədələdi
"Məni qovduqları İdarə Heyətinin toplantısında haqqımda nələrin danışıldığını bilirəm. Hamısından bunun hesabını istəyəcəm". Fanat.az xəbər verir ki, bu sözləri "Qalatasaray"dan kənarlaşdırılan Fatih Terim deyib.
Türkiyə mətbuatının iddiasına görə, "İmperator" yaxın dostları ilə söhbətində bu sözləri söyləyib. Terim haqqındakı yalan iddialara cavab verməməsinin səbəbini də yaxınlarına açıqlayıb: "Ömrünü "Qalatasaray"a həsr etmiş, bir "Qalatasaray" sevdalısına edilənlərə baxın. Yazıqlar olsun. Haqqımdakı iftiraları görürəm. Lazım olsa, tək-tək cavablayaram. Amma mən "Qalatasaray"a zərər vermək istəmirəm". 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər