Tarık, Pandev və Cemaili "Qalatasaray"da

Tarık, Pandev və Cemaili "Qalatasaray"da
"Qalatasaray" transferin son günündə 3 futbolçunu heyətinə qatmağa hazırlaşır. Fanat.az xəbər verir ki, bununla bağlı birjaya açıqlama verilib. 
Açıqlamada bildirilir ki, Tarık Çamdalın transferi üçün "Eskişəhərspor", Qoran Pandev və Blerim Cemailinin transferi üçün "Napoli" ilə rəsmi danışıqlar başlayıb. Türk klubları bu tip açıqlamaları transferlər yekunlaşmaq üzrə olanda yayır. Görünür İstanbul klubu transfer pəncərəsinin son günündə 3 futbolçunu heyətinə qatacaq.
Qeyd edək ki, "1860 Münhen"in yetirməsi olan Tarık Çamdal 2011-ci ildən "Eskişəhərspor"da çıxış edir və Türkiyə yığmasının üzvüdü. Makedoniya yığmasında keçirdiyi 75 oyunda 26 qol vuran Qoran Pandev 2012-ci ildən "Napoli"də top qovur. O, əvvəllər "İnter" və "Latsio" kimi İtaliya klublarında forma geyinib. İsveçrə yığmasının yarımmüdafiəçisi Blerim Cemaili isə 2011-ci ildən "Napoli"nin uğurları üçün çalışır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər