Tanınmış voleybolçunu "bomj" bu hala saldı - VİDEO

Tanınmış voleybolçunu "bomj" bu hala saldı - VİDEO

Amerikalı voleybolçu və model, 2008-ci il Pekin Olimpiyadasının gümüş mükafatçısı Kim Qlass Los-Anceles küçələrində səfil həyatı sürən bir nəfər tərəfindən döyülüb.

Fanat.Az xəbər verir ki, informasiya "Marca" nəşrinə məxsusdur.

Hadisənin videosu hücum edən "bomj"u zərərsizləşdirən Benson Parks adlı şəxs tərəfindən lentə alınıb:

"O, mənə nifrət dolu baxışlarla yaxınlaşdı. Dəmir boru ilə məni döyməyə başladı. Mənim çoxsaylı sınıqlarım var. Hazırda yadplanetliyə oxşayıram. Özünüzü qoruyun. Küçələrdə psixoloji problemləri olan minlərlə insan yaşayır", - deyə Qlass hadisəni şərh edib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər