Tanınmış futbol meneceri Səbuhi Səfiyarlı koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə bağlı maraqlı təklif irəli sürüb.
Fanat.Az xəbər verir ki, menecer bu barədə şəxsi "Facebook" səhifəsində yazıb:
"Belə çox asandı məsələ. AFFA İcraiyyə Komitəsi çempionatın əsasnaməsində dəyişiklik haqda qərar qəbul edir: pandemiya ilə əlaqədar olaraq ölkə çempionatı 4 yox, 3 dövrədən ibarət keçirilir. 20 tur oynanılıb, 21-ci turu da oynayıb yekunlaşdırırlar. Kuboku da davam etdirmək olar, yarımfinallar 1 oyundan ibarət olmaqla... Həm mövsüm yekunlaşmış olur və UEFA-ya verməyə cavabımız olar, həm də PFL və AFFA çox əziyət çəkmir, futbolçular üçün elə də təhlükə yaranmır".
Qeyd edək ki, mart ayının 13-dən fasilə yaranan Azərbaycan Premyer Liqası 21 iyun tarixində bərpa olunacağı bildirilir.
Fanat.Az