Tanınmış azərbaycanlı futbolçu Türkiyədə qəfil dünyasını dəyişdi 

Tanınmış azərbaycanlı futbolçu Türkiyədə qəfil dünyasını dəyişdi 

Azərbaycan futboluna ağır itki üz verib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Şəhriyar Rəhimov dünyasını dəyişib.

Müdafiəçinin Türkiyədə vəfat etdiyi bildirilir. O, qardaş ölkəyə müalicəyə getmişdi. 

Qeyd edək ki, Şəhriyar Rəhimov karyerasını ötən il "Səbail"də başa vurmuşdu.

Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olmuşdu. 34 yaşlı futbolçu "Səbail"dən başqa, Premyer Liqada "İnter", "Karvan", AZAL, "Rəvan", "Kəpəz" və "Zirə" klublarında forma geyib. O, Azərbaycan millisində 9 oyun keçirib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər