"Koper"lə ilk oyundan sonra istefa verən Tahir Süleymanov yenə "Neftçi"nin düşərgəsindədi. Hava limanında problemlə üzləşən "Çixura"nın köməyinə çatan vitse-prezident dünən "Bakcell Arena"da da iş başında idi. Hulbuki, Sadıq Sadıqov onun istefasını qəbul etmiş və Süleymanovun "Neftçi" ilə əlaqələri kəsilmişdi. Bəs Tahir bəy klubda fəaliyyətini hansı əsasla davam etdirir?
Fanat.az xəbər verir ki, Sadıq Sadıqov Süleymanovla bağlı məsələyə aydınlıq gətirib: "Bəli, o istefa verib və tərəfimdən istefası qəbul edilib. Amma belə məqamlarda bizə kömək edir. “Neftçi” xalqın komandasıdı, hər kəs gəlib kömək edə bilər. Əsas odu ki, komandamıza dəstək olaq".
Fanat.az