Super Liqanın təxirə salınmış oyunlarının vaxtı açıqlandı

Super Liqanın təxirə salınmış oyunlarının vaxtı açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında təxirə salınmış matçların vaxtları və keçirilmə yeri dəqiqləşib.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, yanvarın 14-də hava şəraiti ilə bağlı keçirilməyən I dövrənin II turunun oyunları yanvarın 25-də baş tutacaq.

Günün ilk qarşılaşmasında “Azərreyl”lə “Abşeron” üz-üzə gələcək. Oyun saat 16:00-da başlayacaq.

Liderlərin duelindən 2 saat sonra UNEC – “Murov” oyununa start veriləcək. Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər