Super Liqanın gümüş mükafatçısı bəlli oldu

Super Liqanın gümüş mükafatçısı bəlli oldu

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında X tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son matçında UNEC "Abşeron"a 0:3 (22:25, 14:25, 19:25) hesabı ilə uduzub

Çempionluğunu vaxtından əvvəl rəsmiləşdirmiş "Abşeron" qu qələbədən sonra xallarını 30-a çatdırıb. 5 xalı olan UNEC isə sonuncu - 5-ci pillədə qərarlaşıb.

"Azərreyl" isə sona iki tur qalmış mövsümü ikinci sırada başa vurmağı təmin edib.

Komanda X turda ən yaxın izləyicisi "Murov"u 3:0 (25:22, 25:10, 25:19) hesabı ilə məğlub edərək xallarının sayını 17-ə çatdırıb. 8 xalı olan "Murov" 3-cü sırada qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər