Super Liqada növbəti iki turun oyun cədvəli açıqlandı

Super Liqada növbəti iki turun oyun cədvəli açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.

Fanat.Az xəbər verir ki, ölkə çempionatının V turunun qarşılaşmaları fevralın 8-də və 11-də təşkil olunacaq.

Fevralın 8-də öncə meydana “Abşeron” və “Azərreyl” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq.

Saaat 18:00-da isə “Murov” - UNEC duelinə start veriləcək.

Fevralın 11-də II dövrənin son oyunları keçiriləcək. VI turun ilk qarşılaşması saat 16:00-da “Abşeron” –“Murov” komandaları arasında olacaq.

Dövrəyə “Azərreyl” – UNEC görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək. 

Hər 2 turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər