Türkiyə Super Liqasında VII tura yekun vurulub. Fanat.az xəbər verir ki, bu turda gözlənilməz nəticə qeydə alınıb.
Roberto Mançini ilə yeni müqavilə imzalamış İstanbul klubu səfərdə "Akhisar"ın qonağı olub. "Sarı-qırmızılar" gözlənilmədən evə xalsız qayıdıb - 2:1. Digər bir maraqlı oyun isə İstanbulda baş tutub. "Fənərbaxça" öz meydanında "Trabzonspor"u qəbul edib. 90 dəqiqənin sonunda qalib müəyyənləşməyib - 0:0.
"Kasımpaşa"- "Elazığspor" 4:0
Qollar: Donk, 14; 32. Basdas, 45. Skarione, 90
"Risezespor" - "Antalyaspor" 1:2
Qollar: Köse, 59 - Diarra, 45. Baroş, 88
"Akhisar" -"Qalatasaray" 2:1
Qollar: Niasse, 34; 57 - Droqba, 68
"Sivasspor" - "Gənclərbirliyi" 2:0
Qollar: Karabulut, 32. Cebbour, 88
"Fənərbaxça" - "Trabzonspor" 0:0