Super Liqa: Liderlər üz-üzə

Super Liqa: Liderlər üz-üzə

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VIII turun oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında oynanılacaq tur çərçivəsində meydana öncə çempionatın liderləri çıxacaq. İtkisiz irəliləyən “Abşeron” ən yaxın izləyicisi “Azərreyl”i sınağa çəkəcək.

Ardınca isə üçüncü sıradakı “Murov” autsayder UNEC-lə münasibətləri aydınlaşdıracaq. Qarşılaşma 3-cülük baxımından əhəmiyyət kəsb edir.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmır.

Super Liqa VIII tur 1 mart 16:00. “Azərreyl” –“Abşeron” Azərbaycan Voleybol Federasiyasının idman zalı

18:00. UNEC - “Murov” Azərbaycan Voleybol Federasiyasının idman zalı

Turnir cədvəli - "Abşeron" - 24 xal, "Azərreyl" - 14, "Murov" - 6, UNEC - 4.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər