Türkiyənin Super Liqası təmsilçisi "Konyaspor"un baş məşqçisi Bülent Korkmaz istefa verib.
Fanat.Az xəbər verir ki, 52 yaşlı mütəxəssis klubun hücumçu transferini onun istəyi və xəbəri olmadan reallaşdırdığı üçün bu addımı atıb. Baş məşqçi "Konyaspor" azarkeşlərinə təşəkkür edib və komandaya uğurlar arzulayıb.
Qeyd edək ki, Bülent Korkmaz bu ilin fevralında baş məşqçi təyin olunub. O, 2009/10 "Bakı"ya rəhbərlik edib.
Fanat.Az